Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Mirzəxan kənd Mədəniyyət evi filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ”Azadlığa gedən yolda” adlə ədəbi-bədii gecə keçirib

22.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi   Bərdə rayon Mədəniyyət Mərkəzinin Mirzəxan kənd Mədəniyyət evi filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar "Azadlığa gedən yolda" adlə ədəbi-bədii gecə keçirib.

Tədbirdə vurğulanıb ki, 1990-cı il yanvarın 20-də Bakıda törədilən və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpasında mühüm dönüş nöqtəsi olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz edildiyi, günahsız insanların qətlə yetirildiyi həmin gecədə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və qanunsuz olaraq həbs edilib. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib.

Sonda məktəblilər 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndiriblər.

 

118.4 KB

 

106.7 KB

 

81.1 KB