Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirib

22.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi   Yevlax şəhər Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar.

Daha sonra qeyd edilib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Sonda 20 Yanvar hadisələrini özündə əks etdirən videoçarx nümayiş olunub.

 

179.5 KB

 

156 KB

 

212.3 KB