Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər MKS-nin M.Füzuli adına 4 nömrəli kitabxana filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ”Üç rəngli bayrağı öz qanlarıyla, Vətən göylərinə çəkdi Şəhidlər” başlıqlı tədbir təşkil edib

22.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər MKS-nin  M.Füzuli adına 4 nömrəli kitabxana filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar  "Üç rəngli bayrağı öz qanlarıyla, Vətən göylərinə çəkdi Şəhidlər" başlıqlı tədbir təşkil edib.

Tədbirdə 30 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdən danışılıb. Bildirilib ki, respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə səbəb oldu. Milli azadlıq hərəkatını boğmaq, xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə əliyalın əhaliyə divan tutulub, 147 günahsız insan qətlə yetirilib, 744 nəfər yaralanıb.

Sonda vurğulanıb ki, həmin gecə doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Lakin sovet rəhbərliyinin milli azadlıq hərəkatını qan gölündə boğmaq niyyəti baş tutmadı, xalqımız müstəqilliyə qovuşdu. İyirmi Yanvar Azərbaycanın azadlığa gedən yolunun başlanğıcı oldu.

 

2.3 MB

 

1.9 MB