Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS- nin Mustafaağalı kənd kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzün Günün 30 illiyi ilə əlaqədar ”Xatırlayın! Yaşadın! Unutmayın! ” adı altında kompozisiya təşkil edib

23.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS- nin Mustafaağalı kənd kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzün Günün 30 illiyi ilə əlaqədar "Xatırlayın! Yaşadın! Unutmayın! " adı altında kompozisiya təşkil edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyi qeyd olunub. Bildirilib ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmiş oldu.

 

72.8 KB

 

70.6 KB