Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırımın mədəniyyət işçiləri ilə görüşü baş tutub

23.01.2020

Parlament seçkilərinin təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırımın yanvarın 23-də Bərdə rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə görüşü baş tutub.

Deputatlığa namizəd  Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Fatma Yıldırım ölkəmizdə aparılan islahatlardan danışıb, dövlət orqanlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından söz açıb.

Fatma Yıldırım  millət vəkili seçiləcəyi təqdirdə üzərinə düşəcək vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb.

Daha sonra  Fatma Yıldırım mədəniyyət işçilərini maraqlandıran sualları cavablandırıb.

Görüş maraqlı diskussiya şəklində davam edib.

Sonda Fatma Yıldırım mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirib.

 

2.7 MB

 

2.9 MB

 

2.7 MB