Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS- nin 3 nömrəli şəhər kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzün Günün 30 illiyi ilə əlaqədar ”Vətən fədailəri” adı altında sərgi, dəyirmi masa təşkil edib

23.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS- nin 3 nömrəli şəhər kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzün Günün 30 illiyi ilə əlaqədar "Vətən fədailəri" adı altında sərgi, dəyirmi masa təşkil edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 20 Yanvar hadisələri haqqında danışılaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğu bildirilib. 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edilib.

Sonda 20 Yanvar faciəsi ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçirilib.

 

61.6 KB

 

67.3 KB