Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzi Vəliuşağı Mədəniyyət evi filialında 20 Yanvar hadisəsinə həsr edilmiş ”Qanlı tariximiz, şanlı tariximiz” başlığı altında ədəbi-bədii kompozisiya təşkil edilib

23.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi Vəliuşağı Mədəniyyət evi filialında 20 Yanvar hadisəsinə həsr edilmiş "Qanlı tariximiz, şanlı tariximiz" başlığı altında ədəbi-bədii kompozisiya təşkil edilib.

Əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutlayad olunub.

Tədbirdə çıxış edənlər 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədildiyini, günahsız insanların qətlə yetirildiyini xatırladıblar.

Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.

 

152.6 KB

 

142.9 KB

 

114.5 KB