Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Məmmədli kənd klub filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Qanlı Yanvar Gecəsi” adlı tədbir keçirib

23.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin Məmmədli kənd klub filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Qanlı Yanvar Gecəsi” adlı tədbir keçirib.

Tədbirdə çıxış edənnlər qeyd edib ki,1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş gecə keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır.

Sonda tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

 

93.3 KB

 

78.6 KB

 

83.9 KB