Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Əmirli kənd Folklor klubu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

23.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin Əmirli kənd Folklor klubu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə  20 Yanvar faciəsi Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridildiyi və dinc əhaliyə divan tutulduğu , nəticədə yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın kimi qeyd olunan gün. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.

 

175.1 KB

 

147 KB

 

86.9 KB