Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Zümürxan kənd Mədəniyyət evində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

24.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin Zümürxan kənd Mədəniyyət evində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Çıxış edənlər vurğulayıb ki, 1990-cı il yanvarın 20-də Bakıda törədilən və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpasında mühüm dönüş nöqtəsi olub.

Sonda bildirilib ki, Ulu Öndərin 20 Yanvar faciəsi haqqında verdiyi siyasi-hüquqi qiymət bu gün də Prezident İlham Əliyev tərəfindən bütün beynəlxalq tədbirlərdə Azərbaycanla bağlı qaldırılan məsələlərdə əldə rəhbər tutulur, faciənin hüquqi, siyasi nəticələri daim analiz edilir.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

 

73.4 KB

 

58.1 KB

 

64.8 KB