Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Saatlı kənd Mədəniyyət evi filialı Qəhrəmanlı kənd Mədəniyyət evi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib

24.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin Saatlı kənd Mədəniyyət evi filialı Qəhrəmanlı kənd Mədəniyyət evi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib.

 Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər açaraq qeyd ediblər ki, 20 Yanvar gecəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutur. Çunki vətən və torpaq şəhidləri ilə ucalır. 30 il öncə Azərbaycan xalqının talehində nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl Ordusunun ", sovet hərb maşınının hücumuna məruz qalmış,təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmişdir. Unutmayaq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil, həm də xalqımızın şan və şərəf günüdür.

 

240.9 KB

 

299.2 KB

 

301.8 KB