Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Tarix- diyarşünaslıq muzeyi 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “ 20 Yanvar – 30 il ” adlı tədbir keçirib.

24.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Tarix- diyarşünaslıq muzeyi              20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “ 20 Yanvar – 30 il ” adlı tədbir keçirib.

Əvvəlcə şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 20 Yanvar hadisələri haqqında danışılaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğu bildirilib. 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edilib.

Tədbirin sonunda 20 Yanvar faciəsilə bağlı təşkil edilmiş sərgiyə baxış keçirilib.

 

418.4 KB

 

109.2 KB

 

358.4 KB