Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon S.Vurğun adına Mərkəzi Kitabxana “20 Yanvar - müstəqilliyimizin qəhrəmanlıq səhifəsi” adı altında dəyirmi masa keçirib

24.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon S.Vurğun adına Mərkəzi Kitabxana “20 Yanvar - müstəqilliyimizin qəhrəmanlıq səhifəsi” adı altında dəyirmi masa keçirib.

Tədbirdə Qarabağ müharibəsi iştirakçıları, ASAN xidmətin könüllüləri, fəal oxucular iştirak edib.

Tədbiri Mərkəzi kitabxana sisteminin direktoru Havva Mirzəyeva açıb və vətənin azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sukutla yad edilib. Daha sonra o, qeyd edib ki, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi ən ağır çinayərlərdən biridir. Xalqımızın qan yaddaşında əbədi yaşıyacaq 20 Yanvar günü faciəsinə rəğmən xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizəsinin yenilməz iradəsinə çevrildi. Azərbaycan övladları həmin müthiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə uсaldılar. Bütün bu hadisələrə Ümummilli lider Heydər Əliyev öz həyatını təhlükəyə ataraq ilk olaraq kəskin bəyanatla çıxış etdi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi- hüquqi qiymət verildi.

Sonda tədbir ədəbi-bədii kompozisiya ilə davam edib

 

89.5 KB

 

100.5 KB

 

71.1 KB