Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax Şəhər Mədəniyyət Mərkəzi 20 Yanvar Şəhidlərinin otuz illik ildönümünə həsr olunmuş “ Dəli bir ağlamaq keçir könlümdən” adlı tədbir keçirib

24.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzi  20 Yanvar Şəhidlərinin otuz illik ildönümünə həsr olunmuş “ Dəli bir ağlamaq keçir könlümdən” adlı tədbir keçirib.

Əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər  20 Yanvar faciəsi haqqınd ətraflı danışıblar. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Sonda tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

 

291.4 KB

 

272.5 KB

 

222.3 KB