Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Balçılı kənd Folklor evi 20 yanvar faciəsinin 30- cu il dönümünə həsr edilmiş ”Şəhidlər unudulmur ”adlı tədbir təşkil edib

24.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan Balçılı kənd Folklor evi 20 yanvar faciəsinin 30- cu il dönümünə həsr edilmiş ”Şəhidlər unudulmur ”adlı tədbir təşkil edib.

Tədbiri giriş sözü ilə Balçılı kənd Folklor evinin direktoru Xədicə Məmmədova açaraq Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks -səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmasından danışıb və bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsinin yad olunmasını xaiş edib.

Sonda məktəb kollektivi tərəfindən hazırlanmış 20 Yanvar faciələrini özündə əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

166.3 KB

 

97.4 KB