Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax Şəhər Mədəniyyət Mərkəzinin Ərəş kənd Folklor evi filialı Ərəş kənd kitabxanası ilə birgə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anım günü münasibəti ilə”Həyat sən nə şirinsən,kim səndən doydu getdi” adlı tədbir keçirib

14.02.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzinin Ərəş kənd Folklor evi filialı Ərəş kənd kitabxanası ilə  birgə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anım günü münasibəti ilə”Həyat sən nə şirinsən,kim səndən doydu getdi” adlı tədbir keçirib.                                                                                                                                                                                         Çıxışlarda qeyd olunub ki, Azərbaycan ədəbiyyatının bütovlükdə XX əsr poetik fikrinin   görkəmli nümayəndəsi,xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, türk dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim,sadə və səmimi insan kimi məşhurdur. Onun poeziyası inam, əqidə, məslək üzərində qurulmuş milli poeziyadır.        

Sonda vurğulanıb ki, Bəxtiyar Vahabzadə bütün ölkədə tanınan və sevilən şairdir. Onun əsərləri, şeir kitabları, dramları və publisist yazıları dünyanın bir çox dillərində o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak,ispan, macar və köhnə sovet birliyindən olan bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.

 

104.2 KB

 

88.5 KB