Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər SHXÇDX-nın əməkdaşları Yevlax şəhər Heydər Əliyev Mərkəzində olublar

14.02.2020

Yevlax şəhər SHXÇDX-nın əməkdaşları Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Yevlax şəhər Heydər Əliyev Mərkəzində olublar.

Peşə bayramlarını qeyd edən SHXÇDX-nın əməkdaşları öncə Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

Daha sonra mərkəzin bələdçiləri tərəfindən ekskursiya iştirakçılarına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

SHXÇDX-nın Yevlax şəhər üzrə komissarı Elməddin Cəfərov Mərkəz əməkdaşlarına onlara göstərdikləri diqqətə görə öz təşəkkürünü bildirib.

 Sonda xatirə şəkli çəkilib.

 

443.7 KB

 

134.1 KB

 

362.6 KB