Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mərkəzi Kitabxananın Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və döyüş yolunu əks etdirən “Mübarizləri olan vətən basılmaz” adlı sərgi təşkil olunub

14.02.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mərkəzi Kitabxananın Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanı  Mübariz  İbrahimovun həyat və döyüş yolunu əks etdirən “Mübarizləri olan vətən basılmaz”  adlı sərgi təşkil olunub.

Sərgidə Mübariz İbrahimovun şərəfli ömür yolundan bəhs edən kitablar, məqalələr, həyatının müxtəlif vaxtlarında çəkdirdiyi fotolar nümayiş olunub.

Uşaq  şöbəsinin əməkdaşı Zinyət Şəmilova  çıxış edərək Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi misilsiz fədakarlıq və şücaətdən danışıb. O, Milli Qəhrəmanımızın müqəddəs amal uğrunda dönməz iradəsinin gənclərimiz üçün örnək ola biləcəyini qeyd edib. O, Mübariz İbrahimovun misilsiz qəhrəmanlığının onların hər biri üçün əsl vətənpərvərlik və cəsarət nümunəsi olduğunu diqqətə çatdırıb.

 

81.8 KB

 

73.6 KB

 

106.3 KB