Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Kətəlparaq kənd kitabxana filialının əməkdaşları da “DOST xonçası” kampaniyasına qoşulub

19.03.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Kətəlparaq kənd kitabxana filialının əməkdaşları da “DOST xonçası” kampaniyasına qoşulub.

Bərdə rayon MKS-nin Kətəlparaq kənd kitabxana filialının əməkdaşları  tənha yaşayan Zəhra Cəfərovanın evində qonaq olub, 90 yaşlı nənəni Novruz bayramı münasibətilə təbrik ediblər.

Kampaniya çərçivəsində kənd ərazisində tənha yaşayan Zəhra Cəfərovaya kitabxana filialının əməkdaşları tərəfindən hazırlanmış bayram sovqatı təqdim olunub.

Tənha yaşayan insanlar, xüsusilə ahıl vətəndaşlar var ki, onlar da istəyərlər ki, kimsə onların qapısını açsın, onlarla bayramlaşsın, bir bayram ovqatlı xoş ünsiyyət qurulsun.  “DOST xonçası” da məhz belə insanlara elə onların öz ünvanlarına aparılaraq verilir, bayram sovqatı təqdim edilir, bayram təbrikləri çatdırılır, onlarla səmimi söhbət qurulur.

 

42.6 KB

 

45.9 KB