Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Evdə qal evdə yarat!” təşəbbüsünə siz də qoşulun!

22.03.2020

“Evdə qal evdə yarat!” təşəbbüsünə siz də qoşulun!

Dünya əl sənətinin, musiqisinin, ədəbiyyatının, rəssamlığının ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək və yaradıcılığımızla virusla mübarizəni pozitivə fokuslanaraq gücləndirək!

Evdə keçirdiyiniz vaxt ərzində yaradıcılığınızı işə salın və pozitivliyə töhfə verin! Və bu həmçinin sizə dəyərli hədiyyələr qazanmaq üçün şans yaratsın.

Şərtlər çox sadədir:
1. “Kreativ Azərbaycan” Facebook səhifəsini izlədiyinizdən əmin olun,
2. Yaratdığınız işi #evdəqalevdəyarat hashtag-i ilə öz səhifənizdə paylaşın,
3. Paylaşımda həmçinin “Kreativ Azərbaycan” Facebook səhifəsini tag edin.

Əgər 30 aprelə kimi sizin işiniz ən çox bəyənilən ("like" alan) işlərdən olsa, deməli qaliblərdən birisiniz və Kreativ Azərbaycan portalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

Ətraflı məlumat üçün: https://creative.az/az/post/109

 

212.3 KB