Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax Şəhər Mədəniyyət Mərkəzi və MİHİ-Yevlax şəhər komitəsinin əməkdaşları faşizm üzərində Qələbənin 75 illiyi il bağlı Böyük Vətən müharibəsi veteranlarını, arxa cəbhə iştirakçılarını və onların ailələrini ziyarət edib

08.05.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzi və MİHİ-Yevlax şəhər komitəsinin əməkdaşları faşizm üzərində Qələbənin 75 illiyi il bağlı Böyük Vətən müharibəsi veteranlarını, arxa cəbhə iştirakçılarını və onların ailələrini ziyarət edib.Ziyarət zamanı tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasından, yüz minlərlə həmvətənlimizin canlarından keçməsindən, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından, veteranların döyüşlərdə,  o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrindən xüsusi danışılıb.

 

Eyni zamanda veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsi, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərinin əsirgəməməsi yüksək qiymətləndirilib.
 

Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

 

91.1 KB

 

110.6 KB

 

79.7 KB