Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Bayandur, İrəvanlı və Söylən kənd kitabxana filiallarının əməkdaşları tənha qocaları və sosial diqqətə ehtiyacı olan bir neçə ailəni ziyarət ediblər

08.05.2020

Bərdə Regional Mədəniyyət İdarəsi ölkə ərazisində tətbiq olunan karantin və sosial izolyasiya dönəmində ölkə başçısının başlatmış olduğu yardım kampaniyasını böyük şövqlə davam etdirir. Regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrin əməkdaşları yardıma ehtiyacı olan insanları, aztəminatlı ailələri, fiziki qüsurlu şəxsləri və xüsusən də karantin günlərində evdən çıxmaları qadağan olunan, yaşı 65-dən yuxarı tənha qocaları mütəmadi şəkildə ziyarət edərək onlara yalnız olmadıqlarını bir daha hiss etdirirlər. Ziyarətlər zamanı ailələrə əsasən lazımi tibbi ləvazimat və ərzaq məhsulları aparılır. Növbəti belə ziyarəti Tərtər rayon MKS-nin Bayandur, İrəvanlı və Söylən kənd kitabxana filiallarının əməkdaşları gerçəkləşdirib. Onlar da öz növbəsində könüllü yardım kampaniyasına qoşularaq rayon ərazisində yaşayan tənha qocaları və sosial diqqətə ehtiyacı olan bir neçə ailəni ziyarət ediblər.

 

72.8 KB

 

86.2 KB

 

97.3 KB