Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Divanlı kənd uşaq musiqi məktəbində onlayn formatda iclas keçirilib

22.05.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Divanlı kənd  uşaq musiqi məktəbində onlayn formatda iclas keçirilib.

Mayın 20-də regional idarənin rəhbərliyi regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbədənkənar onlayn Şura iclasında mədəniyyət müəssisələrinin rəhbərlərinə verilən tapşırıqların icrası ilə əlaqədar Divanlı kənd uşaq musiqi məktəbinin direktoru Lamiyə  Əliyeva onlayn formatda iclas keçirib.

Məktəbin direktoru regional idarənin rəisinin tapşırıqlarını diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilməli, elektron xidmətlərdən daha çox istifadə edilməlidir.

Həmçinin uşaq musiqi və incəsənət məktəblərlərində onlayn dərslərin davamlı olaraq keçirilməsini,  musiqi məktəblərinə şagird qəbulunun və müəllimlərin işə qəbulunun onlayn şəkildə həyata keçirilməsini vurğulayıb.

Sonda şöbə müdirlərinin görülmüş işlər barədə hesabatları, sual və təklifləri dinlənilib və məktəbin direktoru qarşıda duran vəzifələrin icrası ilə əlaqədar öz tapşırıqlarını verib.

 

252.6 KB