Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon nümayəndəliyində növbədənkənar Şura iclasından irəli gələn məslələrlə bağlı mədəniyyət müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

22.05.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon nümayəndəliyində növbədənkənar Şura iclasından irəli gələn məslələrlə bağlı mədəniyyət müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib.

Mayın 20-də regional idarənin rəhbərliyi regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbədənkənar onlayn Şura iclasında mədəniyyət müəssisələrinin rəhbərlərinə verilən tapşırıqların icrası ilə əlaqədar Tərtər rayon üzrə nümayəndə, baş məsləhətçi Ceyhun İsmayılzadə növbədənkənar Şura iclasından irəli gələn məslələrlə bağlı mədəniyyət müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirib.

Tərtər rayon üzrə nümayəndə Ceyhun İsmayılzadə regional idarənin rəisinin tapşırıqlarını diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilməli, videoçarxlar yüksək səviyyədə hazırlanmalı, elektron xidmətlərdən daha çox istifadə edilməlidir.

O, həmçinin,  uşaq musiqi və incəsənət məktəblərlərində onlayn dərslərin davamlı olaraq keçirilməsini,  musiqi məktəblərinə şagird qəbulunun və müəllimlərin işə qəbulunun onlayn şəkildə həyata keçirilməsini vurğulayıb.

Sonda müəssisə rəhbərlərinin  sualları və təklifləri dinlənilib.

 

97.3 KB

 

91.8 KB

 

91.2 KB