Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Tarix-diyarşünaslıq muzeyində növbədənkənar Şura iclasından irəli gələn məslələrlə bağlı iclas keçirilib

22.05.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Tarix-diyarşünaslıq muzeyində növbədənkənar Şura iclasından irəli gələn məslələrlə bağlı iclas keçirilib.

Mayın 20-də regional idarənin rəhbərliyi regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbədənkənar onlayn Şura iclasında mədəniyyət müəssisələrinin rəhbərlərinə verilən tapşırıqların icrası ilə əlaqədar Bərdə rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mehriban Əliyeva iclas keçirib.

Muzeyin direktoru regional idarə rəisinin tapşırıqlarını diqqətə çatdıraraq bildirib ki, karantin rejiminin qismən yumşaldılması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, mayın 18-dən etibarən muzeylər, sərgi salonları və qalereyaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı lazımi işlərin görülməsinin zəruriliyi qeyd edilmişdir. Bu məkanlarda dezinfeksiya tədbirlərinin davam etdirilməsi, ziyarətçilərin tibbi maskalardan istifadə etmələrinə diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır.

Sonda muzeyin direktoru  qarşıda duran vəzifələrin icrası ilə əlaqədar öz tapşırıqlarını verib.

 

48.3 KB