Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin direktoru növbədənkənar Şura iclasından irəli gələn məsələlərlə bağlı videokonfrans keçirib

22.05.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər 2 nömrəli  Uşaq musiqi məktəbinin direktoru növbədənkənar Şura iclasından irəli gələn məsələlərlə bağlı videokonfrans keçirib.

Mayın 20-də regional idarənin rəhbərliyi regional idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbədənkənar onlayn Şura iclasında mədəniyyət müəssisələrinin rəhbərlərinə verilən tapşırıqların icrası ilə əlaqədar Yevlax şəhər 2 nömrəli  Uşaq musiqi məktəbinin direktoru Allahverdi Cəbaryılov növbədənkənar Şura iclasından irəli gələn məsələlərlə bağlı videokonfrans keçirib.

Məktəbin direktoru regional idarənin rəisinin tapşırıqlarını diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilməli, elektron xidmətlərdən daha çox istifadə edilməlidir.

Həmçinin uşaq musiqi və incəsənət məktəblərlərində onlayn dərslərin davamlı olaraq keçirilməsini,  musiqi məktəblərinə şagird qəbulunun və müəllimlərin işə qəbulunun onlayn şəkildə həyata keçirilməsini vurğulayıb.

Sonda sual və təkliflər dinlənilib və məktəbin direktoru qarşıda duran vəzifələrin icrası ilə əlaqədar öz tapşırıqlarını verib.

 

72.6 KB

 

82.6 KB