Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon mədəniyyət işçilərinin onlayn şəkildə seminar-müşavirəsi keçirilib

30.06.2020

Bərdə Regional Mədəniyyət İdarəsi üzrə Tərtər rayonunda çalışan mədəniyyət işçilərinin onlayn şəkildə seminar-müşavirəsi keçirilib.

Seminar- müşavirədə iyun ayı ərzində görülmüş işlərdən və iyul  ayı üçün keçirilməsi nəzərdə tutulan layihələrdən söz açılıb.

Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Tərtər rayon üzrə nümayəndə Ceyhun İsmayılzadə Tərtər rayon mədəniyyət müəssisələrinin fəaliyyətinin tənzimlənməsi, nizam-intizamın yüksəldilməsi, neqativ halların aradan qaldırılması və qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıqları seminar-müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışının davamında Ceyhun İsmayılzadə mədəniyyət müəssisələrinin fəaliyyətinin təhlil edilməsi məqsədilə təşkil olunan monitorinqlərin nəticələri barədə müəssisə rəhbərlərinə məlumat verib. O bildirib ki, monitorinq zamanı aşkar olunan nöqsanların və problemlərin qısa bir zamanda aradan qaldırılması ilə bağlı öz tapşırıqlarını verib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl etməklə mədəniyyət müəssisələrində tədbirlərin onlayn şəkildə həyata keçirilməsi, videoçarxların, slaydların hazırlanması və s. ilə bağlı bir sıra tapşırıqlarını verib.

Daha sonra seminar-müşavirədə iyul ayı ərzində görülməsi nəzərdə tutulan işlərdən danışılıb.

Sonda bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və verilən suallara aydınlıq gətirilib. 

 

86.9 KB

 

100.8 KB