Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Kitab təbliğində kütləvi informasiya vasitələrinin rolu” adı altında dəyirmi masa keçirilmişdir

22.07.2017

21.07.2017-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında Milli mətbuat və Jurnalistika günü münasibətilə "Kitab təbliğində kütləvi informasiya vasitələrinin rolu" adı altında dəyirmi masa keçirilmişdir.
Tədbiri MKS- direktoru Havva Mirzəyeva açaraq Milli mətbuatımızın yaranma tarixindən və bugünki vəziyyəti barədə məlumat verdi.O, qeyd etdi ki, mətbuat xalqın güzgüsüdür.Bu gün dövlətimiz müstəqil siyasət yeridir, güclənir, Azərbaycanın rolu dünyada artır. Kütləvi informasiya vasitələri dövlətimizin apardığı siyasəti, xalqlar arasında dostluq və qardaşlığı, milli- mənəvi dəyərlərimizin təbliği və digər sahələrlə yanaşı kitab təbliğində də müəyyən işlər görür. Keçirilən kitab təqdimatları, dünyada təşkil olunan kitab sərgiləri, kitab təbliğində kitabxanaların gördüyü işləri işıqlandırır. Bütün bunların kitab təbliğində rolu böyükdür.
Tədbir iştirakçılarından fəal oxucu Nəsibə Kərimova çıxış edərək milli mətbuatımızda, internet səhifələrində sanballı yazılarla çıxış edən jurnalistlərin fəaliyyətindən söhbət açdı və qeyd etdi ki, müasir gənclərimizin kitabxanalara cəlb edilməsi istiqamətində yazılan yazılar bir az azlıq təşkil edir. Yaxşı olar ki, daha çox kitab müzakirələri keçirilərkən gənclərin həmin əsərlər barədə fikirləri işıqlandırılsın.
Əmək təqaüdçüsü Rəşid Kazımov çıxış edərək gənclərə daha çox kitab və dövrü mətbuatı oxumağı tövsiyə etdi. O, qeyd etdi ki, informasiya əldə etməyin əsas yollarından biri daimi olaraq kütləvi informasiya vasitələrini izləmək və kitab oxumaqdır. Oxumaq hər zaman insanı məlumatlı etməklə bərabər intellektini artırır.
Tədbirdə Xədicə Məmmədova, Fəxriyyə Quliyeva, Davud Fərhadaov çıxış edərək KİV-nin əhalinin maariflənməsində, dövlətimizin daxili və xarici siyasətinin, daha aktual məsələlərin işıqllandırılmasında kitab təbliğindəki rolundan danışaraq mətbuat işçilərinə işlərində uğurlar arzuladılar.

 

91.5 KB