Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48 ci ildönümü münasibəti ilə konsert proqramı təşkil edilib.

20.07.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48 ci ildönümü münasibətilə Heydər Əliyev adına park bulvarda konsert proqramı təşkil edib.Konsert proqramından öncə Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin əməkdaşları,şəhər sakinləri elecə də tədbir zamanı rayona gələn qonaqlar Umumilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq onun ruhuna öz ehtiramlarını bildiriblər.Daha sonra isə Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Validə Nabatova çıxış edərək qeyd etdi ki:”Umummilli lider Heydər Əliyevin 48 il bundan öncə hakimiyyətə gələrək Azərbaycan mədəniyyətinin,elminin,iqtisadiyyatının inkişaf etdirilməsinin təməlini qoydu. Həmin dövrdən başlayaraq Ulu öndər şərəfli ömrünü Azərbaycan xalqının firəvan və gözəl şəkildə yaşaması üçün tükətdi.Heydər Əliyev bu tale yüklü məsələləri xalqına arxalanaraq etdi, xalq da öz növbəsində öz rəhbərinə arxa dayaq oldu.Heydər Əliyev-Azərbaycan,Azərbaycan-Heydər Əliyev vəhdəti də məhz o illərdə yarandı,Azərbaycanla birlikdə Ümummilli lider də ucaldı və əbədi yaşar oldu”.


Konsert proqramı Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbinin kollektivi tərəfindən hazırlanan rəngarəng musiqi mömrələri ilə başladı.Öncə musiqi məktəbinin müəllimi Rəhman Təhməzovun ifasında “Xalq Heydər söyləyəcək “mahnısı dinləyicilərdə xoş təəssurat yaratdı.Daha sonra konsert proqramı tanınmış incəsənət ustalarının,rəqs qruplarının çıxışları ilə davam edib. 

 

96.4 KB