Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-də yeni kitabların təqdimatı keçirilib

06.07.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-də yeni kitabların təqdimatı keçirilib.


Regional İdarənin Bərdə rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada kitabxanaya yeni daxil olunmuş ədəbiyyatların təbliği məqsədi ilə yeni kitabların təqdimatı təşkil edilib.


Tədbirdə rayon ziyalıları və kitabxananın fəal oxucuları iştirak edib.


Tədbiri kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açıb və bildirib ki,: - “ Son dövrdə kitabxanalarımıza həm klassik , həm müasir dövr yazıçılarının və şairlərinin əsərlərinin alınması kitabxanaya gələn oxucuların tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır.Həmin kitabların oxuculara çatdırılması üçün təqdimat mərasimlərinin keçirilməsi diqqət mərkəzindədir. Xarici müəliflərin müxtəlif mövzularda yazılmış əsərləri dilimizə tərcümə edilərək kitabxanalara verilməsi təqdirəlayiqdir. Xüsusilə bədii əsərlərin dilimizə tərcümə edilməsi çox böyük inkişafdır. Mütaliə insana yaxşı danışma və anlama bacarığı verir. Mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir”.


Baş kitabxanaçı Fəxriyyə Quluyeva son ildə kitabxanaya daxil olunmuş yeni ədəbiyyatlar barədə məlumat verib. O, M.Əliyev "Dağlar oğlu", S.Rüstəmxanlı "İki kəlmə", Müşfiq Xan "02", Çingiz Abdullayev "Şərq küləyi", A.Quluyev "Ağrı", E.Xanəlizadə "Yol", Varis "Son məktub" və başqa kitablar haqqında qısa annotasiya verib. Daha sonra “Yeni kitablar” adı ilə tərtib edilmiş məlumat bülletenləri oxuculara təqdim edilib.


Fəal oxucular isə öz növbələrində bir daha kitabların bilik mənbəyi olmasından, kitab oxumağın düşüncə qabiliyyətini inkişaf etdirməsindən, dünyaya və ictimai-sosial hadisələrə baxış şəklini dəyişdirməsindən, doğru qərarlar verib seçimlər etməyə kömək etməsindən danışıblar.


Sonda tədbir iştirakçıları kitabxanada təşkil olunmuş “Yeni kitablar” adlı sərgi ilə də tanış olublar.

 

85.7 KB