Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ramazan Bayramı münasibəti ilə istirahət və əyləncə parklarında konsert proqramı ilə çıxış edilir.

27.06.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli təşkili və müqəddəs Ramazan Bayramı münasibəti ilə istirahət və əyləncə parklarında konsert proqramı ilə çıxış edir.
Regional idarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Bərdə şəhər Şəhid F.Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbi Bərdə rayonunda yerləşən bark-bulvar kompleksində, açıq hava altında yerləşən səhnədə konsert proqramı ilə çıxış edib.
Bir-birindən rəngarəng musiqi nömrələri səsləndirən musiqi mətəbinin kollektivi əhaliyə zövq dolu anlar və bayram sevinci yaşatmağı bacarıb.
Konsert proqramı musiqi məktəbinin nağara ritm qrupunun ifasında “Qarabağ” kompozisiyası ilə start götürüb. Daha sonra davam edən konsertdə İbrahimli Pərvaz –Elegiya, məktəbin şagirdi Nəsirli Ofelya – Azərbaycan, Bayramov Ramin – Sənsiz yaşaya bilmərəm, məktəbin şagirdi Nəcəfov Ruslan – Gözlərim gəzir səni, Azəri qrupu və məktəbin şagirdi Balakişiyev Mahirin ifa etdikləri bir-birindən şux şən nəğmələr bayrama xüsusi bir gözəllik qatıb.
Bundan başqa “Qarabağ xalq çalğı alətləri ansamblı”nın solistləri Ərəstun Əliyev və Firdovsi Məmmədovun ifa etdikləri xalq mahnıları, o cümlədən təsniflər bayram konsertində xoş bir abu-hava yaradıblar.
Konsertdə diqqət çəkən məqamlardan biri də musiqi məktəbinin saz müəllimi Şükürov Müzəffər və şagirdi Musayev Ceyhunun sazda ifa etdikləri aşıq havası olub. Belə ki, aşıq havası izləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb.
Konsertdə iştirak edən “Qarabağ” rəqs qrupunun rəqsləri də izləyicilər tərəfindən böyük maraqla izlənib.
Sonra çıxış edən Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin direktoru Xırda Ağayeva xalqımızın ən gözəl və əlamətdar bayramlarından olan “Ramazan bayramı” münasibəti ilə hər kəsi təbrik edib. O bildirib ki,: - “Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir”.
Sonda Xırda xanım dəyərli vaxlarını sərf edib konsert proqramına qoşulan hər kəsə öz dərin minnətdarlığını bildirib.
Nəzərə çatdıraq ki, tədbirdə yerli sakinlərlə yanaşı şəhərin qonaqlari və turistlərdə iştirak edib. Bu cür tədbirlər Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən bundan sonrada müntəzəm şəkildə təşkil olunacaqdır.

 

123.7 KB