Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqələri daha da genişləndirir

20.06.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqələri daha da genişləndirir.
Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Xaldan kənd uşaq musiqi məktəbi şagirdlərdən ibarət konsert proqramı ilə Tərtər rayon uşaq musiqi məktəbində əməkdaşlıq görüşündə olub. Öncə söz Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Rafiq Məmmədova verilib. O çıxışında qeyd edib ki, qarşılıqlı əməkdaşlıq konserti artıq 2017-ci ilin yanvar ayından musiqi məktəblərinin tədris planına salınıb və bu gün Yevlax rayon Xaldan kənd uşaq musiqi məktəbi də bu plana əsasən Tərtər rayon uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış edir. O həmçinin onu da nəzərə çatdırıb ki, : - “ Məqsədimiz bir-birimizlə qarşılıqlı əlaqələr quraraq, qabaqcıl iş təcrübəsini planlı şəkildə inkişaf etdirməkdir”. Çıxışının sonunda Rafiq Məmmədov müəllim və şagirdlərə konsert proqramında uğurlar diləyib.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov də çıxış edərək öz növbəsində Xaldan kənd uşaq musiqi məktəbinin müəllim və şagird heyətinə öz dərin minnətdarlığını bildirib. O, həmçinin, bu cür qarşılıqlı əlaqələrin çox böyük faydalarının olduğunundan da bəhs edib.
Daha sonra şagirdlərin ifasında konsert proqramına start verilib. Uşaq xor kollektivi və vokal qrupu bir-birindən gözəl ifalarla konsertə böyük maraq qatıblar, həmçinin xanəndəlik sinfinin şagirdi Mənzurə Əsədovanın ifası da maraq və alqışlarla qarşılanıb. Bundan başqa konsert proqramında fortepiano və tar sinfinin şagirdləri, məktəbin həvəskar rəqs qrupunun şagirdləri də çıxış edərək məharətlərin nümayiş etdiriblər.
Sonda yekun olaraq söz Yevlax Rayon Xaldan kənd uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədova verilib. O, da öz növbəsində bu konsertin təşkili üçün, yüksək əhval ruhiyyəylə qarşıladıqlarına görə tərtərli həmkarlarına təşəkkürünü bildirib. Bu əməkdaşlığın davamlı və daimi olmasını arzulayıb. Daha sonra tədbir iştirakçılarına da dəyərli vaxtlarını sərf edib konsert proqramına təşrif buyurduqları üçün öz minnətdarlığını yetirib. Rəfail Məmmədov son olaraq artıq yaxınlaşan “26 iyun silahlı Qüvvələr Günü”ndən bəhs edib və iştirakçıları xor kollektivinin ifasında vətənpərvərlik mövzusunda yazılmış “İRƏLİ”mahnısını dinləməyə dəvət edib. Bununla da konsert proqramına yekun vurulub. 

 

90.6 KB