Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə tədbir təşkil edilib

15.06.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə keçid münasibəti ilə tədbir təşkil edib.


Regionda turizm potensialının yüksəldilməsi, bölgələrə turist axınının sürətləndirilməsi məqsədi ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan nümayəndəliklərdəmaarifləndirici tədbirlər təşkil edib. Keçirilənmaarifləndirici tədbirlərin sonu olaraq Bərdə şəhərində regional idarənin tabeliyində olannümayəndəliklərin (Bərdə, Tərtər rayonları, Yevlax və Mingəçevir şəhərləri)də iştirakı ilə geniş miqyaslı tədbir proqramı təşkil olunub. Bərdə rayonuna məxsus tarixi abidələrin tanışlığı ilə başlanan tədbir daha sonra 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə keçid münasibəti ilə təşkil olunmuş sərgi və konsert proqramınınizlənilməsi ilə davam edib.

 

Öncə 1322-ci ildə inşa edilən Bərdə türbəsində olan şəhərin qonaqları və yerli turistlər türbənin zəngin tarixi barədə geniş məlumatlandırılıb. Türbəyə dövlət tərəfindən yüksək qiymət verildiyi də qonaqların nəzərinə çatdırılıb. Tanışlıq Bərdə şəhərində yerləşən VIII-IX əsrlərə aid İmamzadə məscid kompleksinə ziyarətlə davam edib. Burada məlumat üçün bildirilib ki, bu abidə Bərdə şəhərində yerləşən qədimliyinə görə seçilən tarixi abidələrdən biridir və həmçinində abidə dini turizm üçün mövcud əlverişli şəraitə malikdir. Bundan başqa Şirvanlı kəndində yerləşən və XVIII-XIX əsrlərə aid Şirvanlı hamamına da böyük maraqla səfər edilib. Səfər qonaqlarda və turistlərdə xoştəsurat yaradıb. Daha sonra qonaqlar və turistlər Bərdə şəhərində,Tərtər çayı sahilində yerləşən Heydər Əliyev adına park bulvarında təşkil edilmiş bayram tədbirinə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıblar.


15 iyun Milli Qurtuluş günü və yay turizm mövsümünə keçid ilə əlaqədar təşkil edilən tədbirdə rayon sakinlərinə, həmçinin, şəhərin qonaqlarına, o cümlədən bura səfər edən turistlərin səmərəli istirahəti üçün böyük konsert proqramı təşkil edilib. Tarix Diyarşünaslıq muzeyinin sərgilədiyi qədim eksponatlar, Bərdə Turizm informasiya mərkəzinin regionun turizm potensiyalını əks etdirənməlumatlandırıcı kitabları, suvenirlər , hədiyyələr, 1 və 4 nömrəli şəhər uşaq incəsənət məktəblərinin rəsmsinifininşagirdərinin isə açıq havada çəkdikləri rəsmlər daha da maraq doğurub. Bununla yanaşı Regional İdarə və Turizm  İnformasiya mərkəzi tərəfindən qonaqları və turistləri maraqlandıran məsələlər barədə ətraflı məlumatlar verilib.

 

Qeyd edək ki, haqqında söz açdığımız region tarixi abidələr baxımdan turizm sektoru üçün kifayət qədər əhəmiyyətlidir.

 

101.4 KB