Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində açıq havada sərgi təşkil olunub

07.06.2017

06.06.2017-ci il tarixdə Bərdə rayon Mərkəzi kitabxana ”Açıq kitabxana” layihəsi çərçivəsində H.Əliyev adına park-bulvarda kitab sərgisi təşkil edib. Təşkil edilmiş kitab sərgilərində 400-ə yaxın kitab nümayiş etdirilib. Buraya Azərbaycan klassiklərinin, orta və gənc nəsil yazarlarının, dünya ədəbiyyatı klassiklərinin və müasirlərinin əsərləri daxil edilib.


Bundan başqa tədbirdə Bərdə Turizm İnformasiya Mərkəzi və Tarix-diyarşünaslıq muzeyinin Bərdə rayonunun qədimliklə müasirliyini əks etdirən eksponat və suvenirlərdən ibarət sərgisi nümayiş etdirilib. Sərgilər ilə tanış olan sakinlər və qonaqlar Mərkəzi kitabxananın kitab fondunda olan kitablar, o cümlədən 3000 illik tarixə malik olan Bərdə rayonuna aid eksponatlarla, həmçinin, Bərdənin turizm imkanları, tarixi və təbiət abidələri haqqında məlumatlarla tanış olublar.


Açıq havada təşkil edilən belə tədbirlərin əhalinin və qonaqların məlumatlandırılmasında və kitabxanalara oxucu cəlb edilməsində böyük əhəmiyyəti vardır.


Bir məqamı da nəzərə çatdırmaq yerinə düşər ki, belə tədbirlər yay mövsümündə əhalinin istirahət etdiyi ərazilərdə tez- tez təşkil olunur və bundan sonrada təşkil olunacaqdır.


Sərgidə, həmçinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarıda iştirak edib. Onlar sərgilərlə yaxından tanış olaraq fikir mübadiləsi aparıblar.

 

103.3 KB