Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan nümayəndəliklərdə seminar-müşavirələr keçirilir

02.06.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində mədəniyyət işçilərinin seminar-müşavirə keçirilib.


Müşavirədə çıxış edən Regional İdarənin məsləhətçisi Validə Nabatova cari aylar ərzində görülmüş işlərdən, səmərəli fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələrdən, fəaliyyətinə görə seçilən mədəniyyət müəssisələrindən ətraflı şəkildə söz açıb. Bundan başqa Validə xanım çıxışında qarşıdan gələn “15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günü”, “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü”, “26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” kimi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində tapşırıq və tövsiyyələrini verib.
Çıxışdan sonra Validə xanım seminar-müşavirə iştirakçılarını maraqlandıran fikir və məsələlərə aydınlıq gətirib. Belə ki, bəzi məsələlər elə yerindəcə həllini tapıb.


Seminar-müşavirənin davamı olaraq Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi möhtəşəm konsert proqramı ilə çıxış edib.

 

118.8 KB