Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi silsilə tədbirlər davam edir.

11.05.2017

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən geniş şəkildə qeyd olunur.
Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Mədəni irsimizin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, onun geniş təbliğinə, dünya miqyasında şöhrət tapmasına xüsusi bir önəm verib. 
Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi məhs bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub.
Danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bü dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Mübaliğəsiz demək olar ki, ümummilli lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zəngin zəmin yaradır.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi də öz növbəsində bu dahi şəxsiyyəti unutmur. Belə ki, Ulu öndərin anadan olmasının 94-cü ildönümü ilə bağlı Regional İdarənin tabeliyində olan bütün müəssisələrdə tədbir proqramları təşkil olunaraq onun misilsiz xidmətlərindən söz açılıb.
Mingəçevir şəhər sahil Parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ənənəvi IX Kitab bayramı keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, öz hörmət və ehtıramlarını, ümumxalq məhəbbətini nümayiş etdiriblər. Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyi, idarə, müəssisə , təşkilat rəhbərləri, şəhər ağsaqqaları, mədəniyyət işçiləri və digər şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mingəçevir şəhər MKS-nin direktoru Etibarə xanım Babayeva tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin şərəfli həyatından və Azərbaycan xalqını hədsiz sevən qüdrətli, çoxşaxəli şəxsiyyət olmasından söz açıb. 
Tədbirdə çıxış edən İdarənin məsləhətçisi Ceyhun İsmayılzadə Reginal İdarənin Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar hazırladığı tədbirlər palından söz açaraq Kitab bayramlarınının, tədbirlərin, konsert proqramlarının tabeliydəki mədəniyyət müəssələrində geniş və möhtəşəm şəkildə keçirildiyini qeyd edib. O həmdə çıxışında vurğuladı ki, : -“ Tədbir çox gözəl abu-hava ilə davam edir. Burda kitab sevərlər üçün əsil bayram tədbiri qurulmuşdur. Mən hamınızı fəal iştiraka, kitabları oxumağa və sevməyə dəvət edirəm”.
Sonra kitab sərgisinə baxış keçirilib. Belə ki, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər sərgidə xüsusi maraq doğurub. Eləcədə müxtəlif elm sahələrini əhatə edən kitabların da nümayişi tədbirə başqa bir gözəllik qatıb. 
Bayram tədbirində Mingəçevir şəhər musiqi məktəblərinin kollektivləri və şəhər incəsənət məktəbinin şagirdləri də iştirak edib. Onların ifa etdikləri zövq oxşayan musiqi nömrələri, rəqslər tədbiri daha da rəngarəng edib. Mingəçevir şəhər Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi tədbirə başqa bir ahəng qatıb.
Artıq ənənə halını almış Kitab bayramı böyük ruh yüksəkliyi ilə sona yetib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Mingəçevir şəhər Şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzi nəzdində olan filiallarla birgə şəhər Sənətkarlıq filialında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” başlığı altında seminar keçirilib. Seminarı giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zəhra Bayramova açıb. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. Son olaraq Heydər Əliyev Azərbaycan mədəniyyəti, Heydər Əliyev Azərbaycan musiqisi, Heydər Əliyev Azərbaycan ədəbiyyatı mövzusunda çıxışlar dinlənilib.
Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94- cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Respublikanın “ Əməkdar Mədəniyyət İşçisi ” Eldəniz Mustafayev açıb. O tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan edib. Daha sonra Dövlət Himni səsləndirilərək Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bundan başqa Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edən video xronika tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəsi məsləhətçi Rafiq Məmmədov, Heydər Əliyev Sarayının metodisti Aidə Nəbiyeva, Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev, Mərkəzin metodisti Ceyran Əliyeva digər natiqlər çıxış edərək Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətindən və sevgisindən bəhs ediblər.
Qeyd edək ki, bu cür tədbirlər Yevlax şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan klub müəssisəərində, həmçinin Yevlax şəhər nümayəndəliyinin nəzdində fəaliyyət göstərən uşaq musiqi məktəblərində də geniş şəkildə qeyd olunub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Regional İdarənin Tərtər rayon nümayəndəliyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon ictimaiyyəti qarşısında böyük konsert proqramı ilə çıxış edib.
Tədbirdə rayonun idarə, müəssisə, təşkilatların kollektivləri, o cümlədən mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Tərtər rayon Mədəniyyət Mərkəzi və Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən konsert proqramında Ulu öndərə, dövlətçiliyə həsr olunmuş mahnılar, şən nəğmələr və rəqslər ifa edilib. Konsert proqramında ifa edilən mahnılar tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.
Konsert proqramı Mədəniyyət Mərkəzinin “ Tərtər” xalq çalğı alətləri ansanbılının müşayəti ilə “Alagöz” mahnısının ifası ilə başlanıb.
Ansamblın solistləri Vəlyəddin Qasımov, Müşviq Ağayev və Mədəniyyət Mərkəzinin dərnək üzvləri Ülkər və Lalə Əliyevaların ifa etdikləri mahnılar böyük maraqla qarşılanıb.
Bundan başqa Qaradağlı kənd mədəniyyət evinin metodisti, özfəaliyyət dərnəyinin rəhbəri aşıq Əlövsət Əskərov tərəfindən “Gözəldir” aşıq mahnısı tamaşaçılara təqdim olunub. Aşıq mahnısı davamlı olaraq alqışlarla qarşılanıb.
Konsert proqramı tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradaraq onların zövqünə oxşayıb.
10.05.2017-ci il tarixdə Regional İdarənin Bərdə rayon nümayəndəliyi Heydər Əliyev adına Park-bulvarda Ulu öndərin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir proqramı təşkil edib. Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan tədbir geniş şəkildə konsert proqramı ilə davam edib. Mərkəzin nəzdində fəaliyyət göstərən “Qarabağ xalq çalğı alətləri ansamblı”nın ifasında səsləndirilən ifalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bərdə rayon Mədəniyyət Mərkəzinin Ulu öndərlə bağlı keçirdiyi silsilə tədbirlər mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssiələrinin təşkil etdiyi tədbirlərlə davam edir. Bu klub müəssisələrindən Zümürxan kənd Mədəniyyət evi, Uğurbəyli kənd klubu, Qayalı kənd klubu, Mehdixanlı kənd Folklor klubu, Məmmədli kənd klubu, Böyük Göyüşlü kənd Folklor klubu, Uğurbəyli kənd klubu və digərlərinin təşkil etdikləri tədbir proqramları öz rəngarənglikləri ilə yadda qalıb.
İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəbləri də geniş şəkildə konsert və tədbir proqramları ilə çıxış ediblər. Şəhər 1 və 4 nömrəli uşaq incəsənət, 2 və 3 nömrəli uşaq musiqi, həmçinin Divanlı, Kətəlparaq, Kolayır kənd uşaq musiqi məktəbləri Ulu öndərin 94-cü ildönümünü musiqi çələngləri ilə qeyd ediblər. Bundan başqa tədbirlərdə video roliklər, sərgilər izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

47.5 KB