Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdədə kitab bayramı

08.05.2017

05.05.2017-ci il tarixdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Bərdə rayon Mərkəzi kitabxanası Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Kitab bayramı” keçirdi. 
Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Havva Mirzəyeva ölkəmizdə mədəniyyətin mühüm sahələrindən biri olan kitaba və kitabxanaya dövlət qayğısından bəhs edib. O, həmçinin, qeyd etdi ki, : - “ Ulu öndər Heydər Əliyev kitabxana işi sahəsində mühüm tədbirlər həyata keçirmişdir. O Azərbaycanda bütün maliyyə çətinliklərə baxmayaraq kitabxana şəbəkəsini qoruyub saxlamışdır. Bu Heydər Əliyevin xalqımıza verdiyi dəyərlərdən irəli gəlirdi”. 
Bununla yanaşı Havva xanım Mirzəyeva öz çıxışında Ulu öndərin işlətdiyi bir ifadəni də vurğuladı. Heydər Əliyev deyirdi: - “Xalq bir çox xüsusiyyətləri ilə seçilir, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi mədəniyyətdir”.
Daha sonra Heydər Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edən Havva xanım bu siyasəti inamla həyata keçirən prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına xüsusi əhəmiyyət verdiyini, bunun nəticəsidə də bu gün ölkəmizin dünyada sülh və əminamanlığın bərpası üçün dünya miqyaslı tədbirlərin təşkilinə ev sahibliyi etdiyini vurğuladı. 
Tədbir iştirakçılarını təbrik edən Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Validə Nabatova kitabın insanların həyatında mühüm rol oynadığını, mütaliənin vacibliyini qeyd edərək gəncləri və yeniyetmələri daha çox kitab oxumağa, maariflənməyə çağırıb.
Validə xanım Bakı şəhərində keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Formundan bəhs edərək qeyd edib ki, : - “Form Azərbaycan dövlətinin və şəxsən İlham Əliyevin qlobal təşəbbüsüdür. Ümüdvarıq ki, belə tədbirlərin keçirilməsi dünyada xalqlar və dövlətlər arasında sülh və əməkdaşlığın inkişafına böyük töhvələr verəcəkdir”.
Tədbirdə müxtəlif mövzularda təşkil edilmiş kitab sərgiləri, Tarix –diyarşünaslıq muzeyinin sərgilədiyi eksponatların, Turizm İnformasiya mərkəzinin əl işlərində ibarət sərgisi, 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin çəkdikləri rəsmlərin sərgisi, uşaqların canlandırdığı kitablar haqqında məlumat, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr edilmiş səhnəcik, uşaqların kitab haqqında söylədiyi şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sonda qeyd edək ki, bayram tədbirində rayon ictimaiyyəti, müxtəlif idarə və təşkilatların nümayəndələri, o cümlədən fəal oxucular iştirak edirdi.


***


Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyi də öz növbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94- cü ildönümü ilə əlaqədar olaraq “Kitab və Gül bayramı” adlı tədbir təşkil edib.
Tədbir öncə mədəniyyət işçilərinin Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyması ilə başlanıb.
Tədbirdə Tərtər rayon Mərkəzi kitabxana sisteminin Ulu Öndərin adı ilə bağlı kitab sərgisi, Tərtər rayon Tarix-diyarşünaslıq muzeyinin Tərtərin tarixinə aid qədim əşyalardan ibarət 60- dan çox eksponatları, taxda üzərində oyma, dekorativ əl işlərindən ibarət sənət nümunələri sərgilənib.
Tədbirdə Ümummilli Liderə həsr olunmuş “Gül Bayramı” ilə bağlı 8000- dən çox qızıl güllərdən istifadə edilib, həmçinin, milli ornamentlərdən “Ay - Ulduz” və “Buta” ekspozisiyaları hazırlanaraq nümayiş olunub.
Göstərilən sərgilərə baxış keçirildikdən sonra Regional İdarənin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov çıxış edərək Ümummillli Liderin Azərbaycan Mədəniyyətinə diqqət və qayğısından, Ulu Öndərin dövründə mədəniyyətin inkişafından və müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətə xüsusi qayğısından danışıb. O qeyd etdi ki, : - “Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi”.
Daha sonra Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Validə Nabatova şəxsən öz adından və İdarənin Rəyisi adından bütün tədbir iştirakçılarını təbrik edib. Validə xanım bu günkü mədəniyyətimizin inkişafından ətraflı şəkildə söz açıb. O həmçinin Bakı şəhərində keçirilən “Mədəniyyətlər Arası Dialoq formu”ndan da bəhs edərək bildirib ki, : -“ Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda olan tədbir Azərbaycanın uğurlu daxili və xarici siyasətinin bariz nümunəsidir. Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi ümidvarıq ki, ölkəmizdə nəyinki mədəniyyəti və turizminin hətda bütün sahələrin daha da sürətli inkişafına zəmin yaradacaqdır”.
Tədbirin sonunda Tərtər rayon Mədəniyyət Mərkəzinin və uşaq Musiqi məktəbinin hazırladığı konsert proqramı tədbir iştirakçılarına təqdim edildi.

 

43.6 KB