Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümummilli lider Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş “Kitab bayramları” na start verildi.

03.05.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş “Kitab bayramları” na start verildi.

 

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan nümayəndəliklərlə birlikdə Kitab bayramlarına start verdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 94 illik yubileyinə həsr olunmuş bu bayram ilk olaraq Regional İdarənin Yevlax şəhər nümayəndəliyində keçirildi. Yevlax şəhər Mərkəzi Kitabxananın qarşısında təşkil olunmuş bayram tədbirində şəhər sakinləri, qonaqlar, mədəniyyət işçiləri və məktəblilər iştirak edirdilər. Tədbir Mərkəzi Kitabxana tərəfindən qurulmuş kitab sərgisinə baxış keçirməklə başlandı. Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına , 2017-ci il İslam həmrəyliyi ilinə aid olan ,Yevlağın zəngin tarixini özündə əks etdirən və Faşizm üzərində qələbənin 72-ci il dönümünə həsr olunmuş kitab sərgiləri iştirakçılar tərəfindən böyük maraqla izlənildi. Sərgiyə baxış keçirildikdən sonra bayram tədbirinin rəsmi hissəsi başlandı. Tədbiri giriş sözü ilə açan Yevlax şəhər MKS-nin direktoru Vüsalə Məmmədova şəhər sakinləri və kitab sevərləri bayram münasibətilə təbrik etdi. O qeyd etdi ki, : -“Artıq ənənə halını almış və Ulu Öndər Heydər Əliyevin ad günü ərəfəsində keçirilən bu kitab bayramı sayca 9-cudur. Son illər Azərbaycan Resbuplikası Prezidenti Cənab İlham Əliyevin kitabxana sahəsinə göstərdiyi diqqət və qayğısı nəticəsində kitabxana fondları zənginləşmiş və yeni-yeni nəşrlər əlavə olunmuşdur”. Daha sonra çıxış edən Regional İdarənin Yevlax şəhər nümayəndəsi Rafiq Məmmədov gənclər arasında kitab və kitab oxumaq dəbinin formalaşdırılması və bununla bağlı olaraq görülmüş işlər haqqında danışdı. O çıxışında vurğuladı ki,:-“ Son zamanlar əhali arasında maarifləndirmə işləri aparılır. Belə ki,istirahət və əyləncə parklarında,N saylı hərbi hisslərdə açıq kitabxanalar təşkil olunaraq əhalinin asudə vaxtının səmərli keçirilməsi təmin olunur”. Rəsmi hissənin sonunda çıxış edən Bərdə Regional Mədəniyyət və Turiz İdarəsinin məsləhətçisi Səbuhi Qasımov Regionlar İdarə və İdarə Rəsinin təbriklərini bayram iştirakçılarına çatdırdı. O qeyd etdi ki, bu bayram tədbirləri Regional İdarənin tabeliyində olan digər nümayəndəliklərdə də keçirilməkdədir. Səbuhi Qasımov çıxışının davamı olaraq 4-6 may 2017-ci il tarixdə Bakıda şəhərində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Formundan bəhs edərək bildirdi ki, : -“ Möhtəbər ölkələrinin mədəniyyət nazirlərinin Azərbaycanda toplanması dövlətimizin dünyadakı nüfuzunun, uğurlu xarici siyasətinin bariz göstəricisidir. Bu forum həm də ölkə prezidentinin diqqət mərkəzində olan turizm potensialının tanıdılması istiqamətində mühüm addımlardan biridir”.

 

Kitabxana sahəsində fərqlənən bir qrup mədəniyyət işçisinə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yevlax şəhər komitəsi tərəfindən dəyərli hədiyyələr və Fəxri Fərmanlar verildi. Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev söylədiyi “Vətən” şeri ilə bayram iştirakçılarında xoş təsurat yaratdı.

 

Bayram tədbiri Yevlax şəhər Mədəniyyət Mərkəzinin hazırladığı musiqi nömrələri, məktəblilərin kompazisiyası və rəqs nömrələri ilə davam etdi.

 

57.9 KB