Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi silsilə tədbirlər keçirib

02.05.2017

Görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi silsilə tədbirlər keçirib.

 

Akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir. Ömrünü tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.

 

Görkəmli tibb elmləri xadimi Zərifə xanım Əliyeva bu günlərdə də böyük rəğbətlə anılır. Belə ki, Regional İdarə olaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan bütün müəssisələrdə bu dahi insan anılaraq xatirə gecələri, dəyirmi masalar və onun şərəfli həyat yoluna həsr olunmuş ədəbi-bədii gecələr təşkil olunur.

 

Tərtər rayon Heydər Əliyev Mərkəzində görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Tərtər rayonu üzrə nümayəndə Gündüz Mürəslov , Tərtər rayon Mədəniyyət Mərkəzinin və MKS- nin işçiləri, Tərtər Uşaq Musiqi məktəbinin müəllimləri iştirak ediblər.

 

Tədbir başlamadan öncə Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın birgə ömür yolundan bəhs edən video-çarx nümayiş olunub. Video-çarxa baxışdan sonra “Bir sevgi dastanı” adlı ədəbi-bədii kompazisiya Sarıcalı kənd orta məktəblilərinin ifasında tədbir iştirakçılarına təqdim edilib.

 

Kompazisiyaya baxışdan sonra Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Gündüz Mürsəlov, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyhun İsmayılzadə, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edərək Zərifə xanım Əliyeva və Ümummilli Liderin Heydər Əliyevin həyat yolundan , onların ailə həyatının hər bir Azərbaycan ailəsinə nümunə olmasından, xoşbəxt və sədaqətli ailə timaslı olmasından bəhs ediblər.

 

Regional İdarənin Bərdə rayon, Yevlax və Mingəçevir şəhər nümayəndəlikləri də öz növbəsində Akademik Zərifə xanım Əliyevanın 94-cü ildönümünə həsr olunmuş tədbirlər təşkil etdi. Tədbirlərdə Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edilərək onun tibb elmində misilsiz nəaliyyətlərindən söz açılıb. Bütün bunlarla yanaşı tədbirlərdə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarlar sərgilənib. Görkəmli oftalmoloq-alim haqqında tanınmış insanların fikirləri də səsləndirilib.

 

Bərdə rayon Mədəniyyət mərkəzi və mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssisələri öz növbələrində Zərifə xanım Əliyevanın 94-cü ildönümünü geniş şəkildə qeyd ediblər. Belə ki, 1 və 2 nömrəli şəhər klubları, 1 nömrəli Mollalı kənd klubu, Ağalı kənd klubu, Böyük Göyüşlü kənd folklore evi və digərləri Zərifə xanım Əliyevanın əziz xatirəsini çöx böyük hörmətlə anıblar. Keçirilmiş tədbirlərdə o da, vurğulanıb ki, - “Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib”.

 

Onu da qeyd etmək yerinə düşər ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoyub. Bu mənada, oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi böyük alimin adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları ona böyük şöhrət gətirib. 

 

 

29 KB