Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tofiq Mütəllibov - 90

13.04.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-nin Uşaq şöbəsində uşaqların sevimli şairi, məhşur “Cücələrim” şeirinin müəllifi Tofiq Mütəllibovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir təşkil edilib. Tofiq Mütəllibovun həyat və yaradıcılığı haqqında məktəblilərə geniş məlumat verilib. Bildirilmişdir ki, Tofiq Müttəlibov 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuş, orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlmiş və burada Bakı Dövlət Universitetində oxumuşdur.

 

Sonradan taleyini Bakı ilə bağlayan Tofiq Mütəllibov 20 il “Azərbaycan gəncləri” qəzetində çalışmışdır.

 

Tanınmış şair 1992-ci il oktyabrın 30-da vəfat etmişdir.

Tədbirdə  “Tofiq Mütəllibov -90” başlığı altında sərgi tərtib edilib.

 

113.5 KB

 

120.5 KB

 

55.5 KB