Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Asəf Zeynallının 110 illik yubileyi Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbində qeyd olunub.

15.04.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbində unudulmaz bəstəkar, pedaqoq Asəf Zeynallının 110 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə qeyd edilib ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq Azərbaycan musiqi sənəti tarixində silinməz iz qoyub. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. “İbtidai not savadı” adlı dərslik tərtib edib.

Asəf Zeynalabdin oğlu Zeynallı 5 aprel 1909-cu ildə Dərbənddə doğulub.1923–1926-cı illərdə Bakı Musiqi Texnikumunda təhsil alıb. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. Görkəmli bəstəkarlar Qara Qarayev və Tofiq Quliyev vaxtilə bir müddət onun tələbələri olublar.

Sonra musiqi məktəbinin tələbələrinin ifasında Asəf Zeynallının əsərləri və xalq mahnıları səslənib.

 

4 MB

 

329.1 KB

 

274.9 KB