Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Mədəniyyətimiz bu gün”

15.04.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində 15 Aprel Beynəlxalq Mədəniyyət günü ilə əlaqədar "Mədəniyyətimiz bu gün" başlığı altında dəyirmi masa keçirilib.

Mərkəzin direktoru Zəhra Bayramova çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. O, qeyd edib ki, Azərbaycan çox qədim mədəniyyətə malikdir. Bu irsin yaşadılması və təbliği bizi bir xalq kimi birləşdirən ən böyük amillərdən biridir. Azərbaycan öz mədəniyyəti ilə dünyada nümunə göstərilən ölkələr sırasındadır. Belə demək olarsa, biz mədəniyyətimizlə yaşayırıq. Dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edirik, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə bütün dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında ölkəmizin çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəsinin yer alması bu deyilənləri bir daha sübut edir. Xüsusi  qeyd olunmalıdır ki, Azərbaycanın mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Əslində, bir xalqın öz mədəniyyətinə sahib çıxması elə dünya mədəniyyətinə verdiyi ən böyük dəyərdir. Dünya mədəniyyətinə hörmət və ehtiram da hər bir xalqın məhz öz mədəniyyətindən, ona olan münasibətindən başlayır.

Sonda "Mədəniyyətimiz bu gün" başlıqlı video-çarx nümayiş olunub.

 

97.6 KB

 

91.8 KB

 

107.7 KB