Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon Uşaq Musiqi Məktəbində 15 aprel Beynalxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirilib.

16.04.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Uşaq Musiqi Məktəbində 15 aprel Beynalxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Mahir Qədimov açaraq tədbir iştirakçılarını təbrik etdi. O, vurğulayıb ki, Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınmış və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini vermişdir. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan etmişdir. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Yəni tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşamışlar. Dünyaya örnək olan bu birgəyaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunmuşdur. Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır.

Çıxışına davam edən Mahir Qədimov qeyd edib ki, Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da öz töhfələrini verir. Bu da onu göstərir ki, Azərbaycan mədəniyyət məfhumuna qlobal kontekstdə yanaşır, bir bütün olaraq qəbul edir. Bu eyni zamanda özünü hər il ölkəmizdə təşkil edilən beynəlxalq festivallarda, rəngarəng mədəni layihələrdə daha aydın göstərir. Dünyaca məşhur incəsənət xadimləri ölkəmizə gələrək həm öz mədəniyyətlərini nümayiş etdirirlər, həm də Azərbaycandakı mədəni çeşidliliklə tanış olurlar.

Sonda tədbir konsert proqramı ilə davam etdirilib.

 

368.3 KB

 

380.7 KB

 

410.3 KB