Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayonunda əyləncəli silsilə tədbirlərə start verilib

18.04.2017

Tədbirlər Bərdə şəhərində yerləşən Heydər Əliyev adına Mərkəzi parkda, Tərtər çayı sahil boyu təşkil olunub. Bərdə Regional Mədəniyyət və Turizm idarəsi tərəfindən təşkil olunan tədbirdə rəsm sərgisi, tarixi eksponanlar, kitab sərgiləri nümayiş edilib. İştirakçıların mədəni istirahətini nəzərə alaraq, tədbir proqramı çərçivəsində yerli incəsənət xadimlərənin iştirakı ilə konsert proqramı da təşkil edilib.

 

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev tədbirin təşkil edilməsində bir neçə başlıca səbəblər olduğunu bildirib:

 

“Tədbirin təşkil edilməsində əsas səbəblərdən biri və ən önəmlisi xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə dair silsilə tədbirlərə start verilməsi, həmçinin 18 aprel - “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlıdır. Bundan başqa tədbirin təşkilində bir məqsədimiz isə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yerli əhali arasında təbliği və həmin möhtəşəm tədbirə dəstək xarakteri daşıyır...”

 

Bərdə Rayon Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan bütün müəsisələr, o cümlədən şəhər və kənd uşaq müsiqi, incəsənət məktəbləri, kitabxana və muzey işçiləri, habelə abidə mühafizəçilərinin iştirak etdiyi tədbir seyirçilərin möyük marağına səbəb olub. Beləki burada təşkil edilmiş rəsm, kitab və regionda yerləşən tarxi abidələrdən bəhs olunan məlumat lövhələri və yerli sakinlər tərəfindən tapılmış tarixi əşyaların sərgilənməsi şəhər sakinlərinin asudəliyini daha da səmərəli etməsinə hesablanıb.

 

AZpress.AZ saytına müsahibə verən şəxslər tədbirin mahiyyəti haqqında daha ətraflı məlumat veriblər:

 

“Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir və Yevlax şəhər, Tərtər rayonundan olan nümayəndələr də iştirak edir. Tədbirin təşkil məqsədi Azərbaycanımızın həmçinin regionun qədim arxivini, adət-ənənlərini gənc nəsillərə çatdırmaqdır. Məlumat verildiyi kimi bu tədbir davam edəcək silsilə tədbirlərimizın başlanğıcıdır. Biz idarənin tabeliyində olan bütün müəssisələrdə 10 may tarixinə qədər bir sıra tədbirlər təşkil edəcəyik.” – Əhliyyət Əliyev, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətinin rəhbəri.

 

“Hazırda gördüyünüz kimi, burada kitablar da sərgilənib. Sərgilərənən kitabların əksəriyyəti tarixi mövzuda yazılmış kitablardır. Sərginin devizi “Mən oxudum sən də oxu!”dur. Çünki burada əsas məqsədimiz devizdən də göründüyü kimi, kitablar vasitəsiylə xalqımızın qadim tarixini və mədəniyyətini kitabların dili ilə gənc nəsl arasında təbliğ etdirməkdir.” – Havva Mirzəyeva, Bərdə MKS-nin direktoru.

 

“Burada nümayiş olunan rəsim sərgisində Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinifinin şagirdləri iştirak edirlər. Gördüyünüz kimi şəgirdlərimiz açıq hava şəraitində Bərdənin qədim tarixini özündə əks etdirən tarixi abidələrin şəkillərdən ibarət rəsmləri çəkirlər. Həmin rəsmlər tam hazır olduqdan sonra günün sonuna qədər burada sakinlərin baxması sərgilənəcək. Daha sonra həmin əsərlər məktəb tərəfindən Bərdə rəsm qaleriyasına təqdim olunacaqdır. Ümumilikdə təşkil olunan bu sərgi vətənpərvərlik mövzusunda təşkil edilmiş ümumi tədbirin ahəngini tamamlayır.” – Səbuhi Qasımov, Regional idarənin məsləhətçisi.

 

Bundan başqa digər müsahiblər, Ceyhun İsmayılzadə, tədbirin tamaşaçılar tərəfindən maraqla qarşılandığını, belə tədbirlərin təşkil edilməsi Azəbaycançılıq ideologiyasının və ölkəmizin mədəni irsinin təbliğ edilməsində böyük töhfə verəcəyini söyləyiblər.

 

Yuxarıda qeyd etdiyimiz kimi tədbirin təşkili həmçinin Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına regiondan dəstəklənməsi də diqqətə çatdırılır: “Tədbirdə diqqəti çəkən məqamlardan biri də, 4-cü İslam Həmrəyli Oyunları ilə əlaqədarşəhərimizə gələn yerli və xarici turistləri məlumatlandırmaq üçün könüllü olaraq bələdçilər müəyyənləşdirilmiş və həmən bələdçilərin geyindikləri köynəklərin üzərində Azərbaycan və ingilis dillərində yazılmış “Məndən soruş” (Ask Me) devizi öz əksini tapmışdır...” – Validə Nabatova, idarənin məsləhətçisi


Xatırladaq ki, səhər saat 10:30 radələrindən başlayan tədbirdə günün ikinci yarısına qədər davam edən geniş kosert proqramı da təşkil olunub.


Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəst Məmmədova bədii hissədə rəqs və musiqi nömrələri ilə çıxış edənlərin hər biri rayonun yerli nümayəndələri tərəfindən hazırlanaraq iştirakçılara təqdim edildiyini bildirib.

 

46.6 KB