Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Mədəniyyətimizin bu günü”

17.04.2019

“15 aprel – Beynəlxalq Mədəniyyət günü” münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzi filiallarla birgə tədbir təşkil edib. “Mədəniyyətimizin bu günü” başlığı altında keçirilən tədbirdə bildirilib ki, Beynəlxalq Mədəniyyət günü 15 aprel 1935-ci ildə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi, qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar dünyanın bir çox ölkələrində qeyd edilir. Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin YUNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin, tarixi abidələrin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir.

Sonra şəhər Mədəniyyət Mərkəzinin hazırladığı qədim tariximizi yaşadan tarixi abidələrdən bəhs edən videoçarx nümayiş etdirilib.

 

91.9 KB

 

84.1 KB

 

78.7 KB