Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin 2 nömrəli şəhər klubu filialında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib.

19.04.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin 2 nömrəli şəhər klubu filialında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verilərək qeyd olunub ki, Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir.

Sonda dahi şairin qəzəllərindan parçalar səsləndirilib.

 

111.4 KB

 

103.9 KB

 

105.8 KB