Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin 4 nömrəli şəhər klubu filialında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ədəbi-bədii tədbir keçirilib.

19.04.2019

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzinin 4 nömrəli şəhər klubu filialında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək bildirilib ki, Sonda dahi şairin qəzəllərindan parçalar səsləndirilib. Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralar və ya təbiət təsvirləri içərisində söyləmişdir. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir.

Sonda şairin qəzəllərinə həsr olunmuş ifalar səsləndirilib.

 

65.8 KB

 

61 KB

 

75 KB