Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 15 aprel - Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə ədəbi-bədii musiqili tədbir təşkil edib

14.04.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 15 aprel - Beynəlxalq Mədəniyyət Gününü qeyd etdi. Yevlax şəhərində baş tutan ədəbi-bədii musiqili tədbirdə regional idarənin tabeliyində olan nümayəndəliklər və mədəniyyət işçiləri iştirak edib.

 

Mədəniyyət Mərkəzinin direktoru Respublikanın “Əməkdar Mədəniyyət işçisi” Eldəniz Mustafayev və Şəhər Yaradıcılıq evinin direktoru Respublikanın “Əməkdar Mədəniyyət işçisi” Zöhrə Adgözəlova tədbiri giriş sözü ilə açaraq 15-aprel Beynəlxalq Mədəniyyət günü münasibəti ilə çoxsaylı Mədəniyyət işçilərini və qonaqları salamlayıblar.

 

Mərasimdə çıxış edənlər son dövrlərdə Azərbaycanın mədəniyyət sahəsindəki sürətli inkişafından söz açıblar. Bundan başqa ötən il Respublika Prezidentinin müvafiq sərəncamı ilə mədəniyyət və turizm sahəsində aparılan struktur təkmilləşdirilməsindən bəhs edilərək bunun Azərbaycan Mədəniyyətinin davamlı olaraq inkişafına hesablandığını vurğulayıblar.

 

Tədbirin davamı olaraq Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 10-nəfər Mədəniyyət işçisi MİHİ Yevlax şəhər komitəsi tərəfindən göstərdikləri fəallığa görə xüsusi fəxri fərmanı ilə təltif olunub.

 

Bundan sonra toplantı rəsmi hissəsindən bədii hissəyə keçid alıb. Şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəalliyyət göstərən “Sahil” vokal instrumental ansamblı çıxış etdiyi musiqi nömrələri ilə tədbiri daha da rəngarəng edib. Həmçinin Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan şəhər Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən Bəşir Səfəroğlu adına “Xalq” teatrı və Kukla “Xalq” teatırının aktyorları da yumorist səhnəciklərlə çıxış ediblər.

 

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması, dünyada tanıdılmasında misilsiz əməyi olan Azərbaycan Respublikasının vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkür ünvanlayıblar.  

 

32.1 KB