Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi davamlı olaraq nailiyyətlərə imza atır

07.04.2017

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başladığı vaxtdan etibarən regionda mədəniyyət və turizmin inkişafı üçün müstəsna xidmətlər göstərir. Bundan başqa regional idarə yerləşdiyi coğrafi yerə əsasən öz Qarabağ mədəniyyətini ölkə və ölkə hüdudlarından kənarda da təmsil edir. Belə ki, müxtəlif tipli yerli, ölkə əhəmiyyətli, həmçinin, beynəlxalq yarış, festival və olimpiyadalardaiştirak edən regional idarə qısa müddətdə böyük uğurlara imza atıb. Bu cür yarışlardan biri də1-2 aprel tarixindəGürcüstanda təşkil olunmuş 9-11 yaşlı uşaqlar arasında keçirilən rəqs olimpiyadası oldu. Belə ki, Regional İdarənin nəzdində fəaliyyət göstərən Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbinin rəqs sinfinin şagirdi Səfərova Nigar bu olimpiyada da iştirak edərək iki müxtəlif rəqs üzrə birinciliyə layiq görüldü. Bir çox ölkələrin iştirakı ilə təşkil olunmuş olimpiyada da Səfərova Nigar sonda erməni rəqibinə üstün gələrək Azərbaycanı, Azərbaycan mədəniyyətini, həmçinin, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsini layiqincə təmsil etdi. Hər iki müxtəlif rəqs növündə birincilik qazanmasına görə Səfərova Nigar Gürcüstan Müasir və Estrada Rəqs Federasiyası (GeorgianNationalContemporary and VarietyDanceFederation) tərəfindən medal və diplomlarla təltif olundu.


Bu kiçik qızın uğurları bununla bitmir. Belə ki, Səfərova Nigar bir neçə dəfə məktəb daxilində təşkil olunan müsabiqələrdə birincilik qazanıb. Daha sonra 2016-cı il Oktyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Gənclər Birliyi və Azərbaycan Rəqs Assosiasiyasının təşkilati dəstəyi ilə təşkil olunan rəqs və vokal-instrumental sənəti üzrə açıq Bakı Kubokunda 2 rəqs üzrə 1-ci yerə layiq görülərək Diplom və kubokla təltif olunub. Bütün bunlarla yanaşı Nigar bir neçə televiziya kanallarında iştirak edərək öz məharətini nümayiş etdirib. Nigarın həmçinin şeir söyləmə və toxuculuq barədə də qabiliyyəti vardır.


Bizdə öz növbəmizdə bu cür istedadlara gələcək işlərində bol-bol nailiyyətlər arzulayırıq.

 

22.7 KB