Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

31 Mart - azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir

31.03.2017

XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsil mənasında “qan çanağı”na çevirdilər. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və bu əraziləri öz ərazilərinə çevirməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar.

 

Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının ilk dəfə rəsmi surətdə bəyan edildi, eyni zamanda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bütün bunlarla yanaşı ölkə Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağımızı dəfələrlə vurğulamış və digər mühüm məqamlar bildirmişdir.

 

Regional İdarə olaraq Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər təşkil edir. Tədbirlərdə zamanla xalqımıza qarşı törədimiş soyqırım faktlarından söz açılıb, erməni terrorunu əks etdirən fotosərgilər nümayiş olunub, müxtəlif dillərdə kitablar, video çarxlar və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəlində də silsilə olaraq anım tədbirləri keçirildi. İlk öncə Tərtər rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə soyqırım qurbanlarının xatirəsinin yad edildi. Azərbaycan xalqının zamanla erməni millətçiləri tərəfindən dəfələrlə soyqırma məruz qaldıqlarından söz açılaraq həmin soyqırmlarda minlərlə dinc əhaliyə divan tutulduğu, ermənilər tərəfindən vəhişicəsinə, əzablar və işgəncələrlə qətlə yetirildikləri konkret faktlarla izah olundu. Tədbirdə ətraflı çıxışlar olunaraq bu soyqırımların xalqımızın qan yaddaşı olduğunu, həmin soyqırımların gələcək nəsillərə çatdırlması üçün təbliğat işlərinin aparılmasının zəruri olduğunu və bu kimi tədbirlərin mütəmadi olaraq kecirilməsini bildirdilər.

 

Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və sistemin filiallarında “ 31 mart Azərbaycanlıların soyqırımı günü” nə həsr olunmuş silsilə tədbirlər keçirildi. Tərtər rayon Mərkəzi Kitabxanasında təşkil olunan tədbirdə erməni quldur dəstələrinin 1918 –ci ilin mart- aprel aylarında Bakıda, Şamaxı, Quba, Muğan, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirmələrindən, həmçinin, yüz minlərlə insanın torpaqlarından didərgin düşməsindən bəhs edildi. Tədbirdə MKS-nin direktoru Ulduzə Qurbanova, direktor müavini Reyhan İsmayılova, Xidmət şöbəsinin müdiri Şəlalə Əliyeva, Metodika şöbəsinin müdiri Ətrabə Süleymanova, Oxu zalının müdiri Sevda İsgəndərova, Tarix –diyarşunaslıq muzeyinin direktor əvəzi Aybəniz Məmmmədova və başqaları çıxış edərək bildirdilər ki, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla hadisələrə siyasi qiymət verildi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edildi.

 

Tədbirdə “31 Mart Azəbaycanlıların soyqırımı günüdür” başlıqlı sərgidə nümayiş edilmişdir.

 

Bundan başqa “Azərbaycanlıların soyqırımı günü”nə həsr edilmiş tədbirlər Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səhləbad, Ələsgərli, Azadqaraqoyunlu, İrəvanlı, Söylən və s. kənd kitabxana filiallarında da təşkil edildi.

 

Tərtər rayon Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar olaraq “Tarix Unudulmur” adlı dəyirmi masa təşkil edildi. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açaraq şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sukutla yad etməyi xahiş etdi.

 

Daha sonra tədbirdə ermənilərin 1905-1907, 1918-1920, 1948-1954, 1988-ci illərdə xalqımızın başına gətirdiyi faciələrdən və soyqırımlardan bəhs edilərək Bakıda, Qubada, Lənkəranda, Göyçayda və Qarabağda törədilən faciələrin qurbanlarından söz açıldı.

 

Tərtər rayon Uşaq Musiqi Məktəbində 31 mart Azərbaycanlıların soyqrımı günü ilə əlaqədar anım tədbiri keçirildi. Məktəbin direktoru Mahir Qədimov çıxış edərək bildirdi ki, :- “XIX əsrin əvvəllərindən başlayaraq Ermənilərin “Böyük ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar Azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi”.

 

Məktəbin müəllimləri Həsənov Rafail, Teymurova Sevil, Abbasov Mehman və digər müəllimlər çıxış edərək erməni vəhşiliklərinin Azərbaycan tarixinə qanla yazılmış səhifə olduğunu qeyd etdilər.

 

31 mart Azərbaycanlıların soyqırımı günü Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində geniş şəkildə qeyd olundu. Mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərdə tarixi həqiqətlər bir daha yad edilərək iştirakçılara çatdırıldı. 1918-ci ilin martında Bakıda və Azərbaycanın müxtəlif rayonlarında azərbaycanlılara, türklərə, yəhudilərə və digər millətlərə qarşı törətdikləri soyqırım ilə bağlı həqiqətlərin bir daha dəqiq faktlarla sübut olundu.

 

31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Mingəçevir şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Sənətkarlıq filialında “31 Mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir” başlıqlı dəyirmi masa keçirildi. Dəyirmi masa mədəniyyət işçilərinin iştirakı ilə təşkil edildi.

 

Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxanada 31 Mart Azərbaycanların soyqırımı ilə əlaqədar sərgi təşkil edildi. Sərgidə həmin hadisələrin agrı-acılarını özündə əks etdirən stendlər nümaiş etdirildi.

 

M.F.Axundov adına 12 nömrəli kitabxana filialında Azərbaycanlıların soyqırımı ilə əlaqədar "Al qana boyanmış bahar gülləri" mövzusunda tədbir təşkil edildi. Öncə soyqırım qurbanları bir dəqiqəlik sükütla yad edildi, daha sonra oxucularla ətraflı söhbət aparılaraq bu hadisənin baş vermə səbəbləri, siyasi zəminləri və soyqırıma Ulu öndər tərəfindən verilən ilk siyasi-hüquqi qiymət geniş şəkildə nəzərə çatdırıldı. Sonra soyqırım müsibətlərini özündə əks etdirən video çarx nümayiş olundu.

 

Regional İdarənin Yevlax şəhər nümayəndəli də öz növbəsində 31 mart Azərbaycanlıların soyqırımı gününü geniş şəkildə silsilə tədbirlərlə yad etdi. Nümayəndəliyin nəzdində fəaliyyət göstərən bütün mədəniyyət ocaqlarında bu qan yaddaşı anılaraq gənc nəsillərə çatdırılır.

 

1918-ci ilin martında Bakıda və Azərbaycanın müxtəlif rayonlarında azərbaycanlılara, türklərə, yəhudilərə və digər millətlərə qarşı törətdikləri soyqırım ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün tədbir təşkil olundu. Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Respublikanin “Əməkdar Mədəniyyət işçisi” Eldəniz Mustafayev erməni vandallarının zaman-zaman Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışdı və bütövlükdə torpaqlarımız, Vətənimiz uğrunda Şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olmasını xahiş etdi. Bundan başqa çıxış edənlərdən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax nümayəndəsi Rafiq Məmmədov, şəhər yaradıcılıq evinin direktoru Respublikanin “Əməkdar Mədəniyyət işçisi” Zöhrə Adgözəlova, Mərkəzi Elektron kitabxana sisteminin direktor müavini Tofiq Həsənov və digər Mədəniyyət işçiləri erməni cəlladlarının zaman-zaman günahsız Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışdılar. Tədbirin sonunda Aran-1 Qəsəbə Mədəniyyət evinin təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya səsləndirildi.

 

Regional İdarənin Bərdə rayon nümayəndəliyin tabeliyində olan bütün mədəniyyət müəssisələri 31 Mart Azərbaycanlıların soyqırımı gününü qeyd etdilər. Belə ki, 1 və 4 nömrəli uşaq incəsənət, 2 və 3 nömrəli uşaq musiqi məktəbləri, Divanlı, Kətəlparaq, Kolayır kənd uşaq musiqi məktəbləri, Dövlət Rəsm Qalereyası, Tarix-diyarşünaslıq muzeyi və digər mədəniyyət müəssisələri 31 Mart Azərbaycanlıların soyqırımı gününü silsilə tədbirlərlə andı.

 

Şəhər 1 nömrəli uşaq İncəsənət məktəbində məktəbin rəsm sinifinin şagirdlərinin çəkdikləri rəsm əsərlərindən ibarət sərgi nümayiş olundu. Sərgidə məktəbli şagirdlər, müəllimlər və həmçinin valideyinlər iştirak edirdi.

 

Şəhər 2 nömrəli uşaq musiqi məktəbində təşkil olunan anım tədbirində öncə soyqırımı zamanı həyatını itirmiş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Xırda Ağayeva mənfur ermənilərin təcavüzünə qarşı qətiyyətlə, güclü mövqedə dayanmağa və bu qan yaddaşını heçbir zaman unutmamağa çağırdı. Daha sonra isə məktəbin şagird kollektivinin iştirakı ilə ədəbi – bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu.

 

Bərdə Dövlət Rəsm Qalereyası və Bərdə rayon Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş sərgi keçirildi. Sərgidə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını özündə əks etdirən əsərlər nümayiş olunurdu. Sərgi ilk öncə soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra çıxışlar olunaraq erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasəti qətiyyətlə pisləndi.

 

Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və sistemin filialları xalqımızın başına gətirilmiş ən dəhşətli hadisələrdən biri olan 31 Mart Azərbaycanlıların soyqırımı gününü silsilə tədbirlərlə yad ediblər. Tədbirlər öncə soyqırım zamanı həyatını itirən şəxslərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Soyqırım dəhşətlərini özündə nümayiş etdirən foto və kitab sərgiləri oxuculara təqdim olunub. Oxucuları bu qan yaddaşımızı unutmamaq və beynəlxalq aləmdə daha da geniş miqyasda tanınmasına kömək göstərməyə çağırışlar olunub. 

 

22.6 KB